<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>516</hymn_number>
<lyrics>[V1]
 Sevinirəm varlığına, Adına,
 Nə yaxşı ki, böyük Yaradanım var.
 Təsəllimsən, sevincimsən həmişə
 Nə yaxşı ki, qayğıma qalanım var.

[C1]
   Mənim canım Sənə bağlı əzəldən,
   Mənsə Səni tanımadım, bağışla.
   Seçilmirdim sarı yarpaq xəzəldən,
   Əfv et məni, Tanrım, bu gün bağışla.

[V2]
 Keçmişimə utanıram baxmağa,
 O illərdə sevməmişəm Səni mən.
 İndi isə ətəyindən tutmuşam
 Ürəyimə buraxmışam Səni mən.

[V3]
 Ruhum, qəlbim sevinc tapıb Səninlə,
 Ağa Sənsən, mən qulunam bu gündən.
 Sənə sadiq bir övlad olacağam,
 Təsəllini alacağam İncildən.</lyrics>
<title>Sevinirəm varlığına, Adına İL516</title>
</song>